Miqrasiya Xidmətinin Əsasnaməsində dəyişikliklər edildi

Prezident İlham Əliyev bununla bağlı fərman verib

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilib. Anspress-in məlumatına görə, dövlət başçısı bununla bağlı fərman verib. "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilib:

"7.6. Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri;".

2. Aşağıdakı məzmunda 7.6-1-ci, 10.8-1-ci, 10.8-2-ci bəndlər və 13.1.17-1-ci, 13.2.8-ci yarımbəndlər əlavə edilsin:

"7.6-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair məlumatlar;";

"10.8-1. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.8-2. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;";

"13.1.17-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları haqqında;";

"13.2.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00