Azərbaycan, İran və Türkiyə iqtisadi əməkdaşlığı möhkəmləndirirlər

Azərbaycan, İran və Türkiyənin iqtisadiyyat nazirlərinin üçtərəfli görüşündə iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələsi müzakirə ediləcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib. Onun sözlərinə görə, mart ayında İranda keçiriləcək görüşün dəqiq yeri və vaxtı hələ ki, müəyyənləşməyib: "Hər 3 ölkənin rəhbərliyi üçtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Biz XİN başçıları səviyyəsində üçtərəfli görüş keçirdik, iqtisadiyyat nazirləri səviyyəsində daha bir görüş keçiriləcək. Görüş üçtərəfli iqtisadi əlaqələrin inkişafına imkan yaradacaq". Diplomat əlavə edib ki, bu yay Tehranda ikitərəfli iqtisadi komissiyanın iclası keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00