Türkiyə Azərbaycanla imzalanan sənədi ratifikasiya edib
12 Fevral 2015 11:03 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan sənədi ratifikasiya edib. Bu barədə Trend "Resmi Gazete"-yə istinadən məlumat verir. Məlumata əsasən, Ərdoğan Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi ratifikasiya edib. Saziş dünən Türkiyə parlamenti tərəfindən təsdiq edilmişdi.
Qeyd edək ki, sözügedən sənəd 2013-cü il noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində imzalanıb. Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin sabiq nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00