Prezident İlham Əliyev Əlcəzairin energetika nazirini qəbul edib
11 Fevral 2015 16:58 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib. Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim etdi. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00