Həmsədrlər bu gün Finlandiyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
11 Fevral 2015 16:32 SiyasətATƏT-in Minsk qrupu həmsədrləri bu gün Finlandiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Finlandiya ATƏT-in Minsk qrupu üzvüdür və biz müzakirələr üçün üçün Helsinkiyə gedirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00