Qubad İbadoğlu 6 aydan sonra Müsavat üzvü ola bilər

"Əgər şəxs partiyadan istefa veribsə, ya xaric olunubsa, yalnız 6 aydan sonra müraciət eləyərək yenidən qəbul oluna bilər. Yəni Müsavatın nizamnaməsində partiyaya bərpa söhbəti yoxdur".  Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov partiyadan uzaqlaşdırılan Qubad İbadoğlunun yenidən partiyaya üzv olması barədə sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Müsavat Partiyası nizamnaməyə uyğun idarə olunur: "Elə buna görə də verilən qərarlar nizamnaməyə uyğun olaraq həyata keçirilir". Xatırladaq ki, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Müsavat Divanı tərəfindən partiyadan uzaqlaşdırılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00