KXCP parlament seçkilərinə hazırlaşır
10 Fevral 2015 14:18 SiyasətKXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin təkliflər paketi müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Həmçinin partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılıb.Partiya sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. M.Mirəlioğlu Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan bir qrup siyasi partiya rəhbərinin 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi birliklər və partiyalarla aparılan fikir mübadilələri ilə bağlı məlumat verib.