Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri təyin edildi
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
9 Fevral 2015 18:37 Siyasət"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Nəriman oğlu Əsgərov tutduğu vəzifədən azad edilib. Lent.az-ın AzərTAc-a istibnadən bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edilib.
Qeyd edək ki, C.Qurbanov bu günədək "Azəryolservis" ASC-nin sədri vəzifəsini tuturdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00