İlham Əliyev “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib
9 Fevral 2015 13:01 SiyasətFevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq "Ağ şəhər-1" elektrik yarımstansiyasının açılışında iştirak edib. "Bakıelektrikşəbəkə" ASC-nin idarə heyətinin sədri Baba Rzayev "Ağ şəhər-1" yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq "Həzi Aslanov", "Kürdəxanı", elecə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verdi. Dövlətimizin başçısı dispetçer idarəetmə mərkəzindən "Ağ şəhər-1" yarımstansiyanı işə saldı.
Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00