Prezident İlham Əliyev Davosda "Airbus Group International" şirkətinin direktoru ilə görüşüb
22 Yanvar 2015 12:29 SiyasətAzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Airbus Group International" şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı "Azərbaycan Hava Yolları" QSC ilə "Airbus Group International" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00