Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və şərəflə yerinə yetirir

Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurasında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və şərəflə yerinə yetirir. Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə deyib. Prezident bildirib ki, Azərbaycanda qanunvericilikdə Avropa standartlarına uyğunlaşdırılan çoxsaylı qanunlar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00