Prezidentin səfəri radikal siyasi düşərgə üçün şok effekti verib
21 Yanvar 2015 16:51 Siyasət"Prezident İlham Əliyevin Avropa və Qərblə münasibətlərinin indiki gərgin vəziyyətdə Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edərdim". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Azərbaycan dövləti indiyə qədər xarici siyasətində müstəqil siyasət aparıb və bu siyasət birbaşa Qərbə inteqrasiya çərçivəsində olub: " Bu da birbaşa müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət çərçivəsində olub". Niyaməddin Orduxanlı deyib ki, heç bir ölkə Azərbaycanı özünün forpostu gözündə görə bilməz: "Bunu Azərbycan dövlətindən gözləmək yerisz və mənasızdır. Bunu arzulayan dövlətlər başa düşməlidir ki, Azərbaycan xalqinin iradəsi və cəsarəti hesabına bütün dünyaya meydan oxuyan SSRİ kimi bir imperia dövlətinin süqutu məhz Azərbaycan xalqının 1989-cu ildə başlatdığı milli azadlıq hərəkatının başlamasından sonraya təsadüf edib. Biz müstəqilimizi qanımız hesabına qazanmışıq. Heç bir dövlət bizimlə diqtə ilə danışa bilməz. Azərbaycan istər Qərblə, istərsə də şimal qonşularımızla normal, ikitərfli qonşuluq siyasətini davam etdirməlidir və heç bir ölkə də Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, Azərbaycanın apardığı xarici siyasət müstəqildir və ikitərfli münasibətlərin normal müstəvidə davam etdirilməsinin tərəfdarıdır." BAXCP rəsmisi bu səfərin daxili siyasi qüvvələr tərəfindən də birmənalı qarşılanmadığını da qeyd edib:" Prezidentin bu səfərini gözləməyn radikal siyasi düşərgə üçün şok effekti verib. İlham Əliyevin bu səfəri Əli Kərimliyə tərs bir sillə kimi dəyib".