Erməni əsilli fotoqrafın fotoları Türkiyədə ciddi qalmaqala səbəb olub
20 Yanvar 2015 10:18 SiyasətErməni əsilli fotoqraf Aspet Manukyanın çəkdiyi fotolar Türkiyədə ciddi qalmaqala səbəb olub. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.Məlumata əsasən, Manukyan Atatürk Hava Limanının səmasında izacəsiz olaraq təyyarələrin uçuş və enişlərininin foto şəkillərini çəkib. Bütün bunlarla yanaşı Manukyan Atatürk Hava Limanının səmasında icazəsiz videoçəkiliş də aparıb və daha sonra bu kadrları "Youtube" video şəbəkəsinə yerləşdirib.Qəzetin məlumatına əsasən kadrların video şəbəkələrdə yayımlanmasından sonra Manukyan üzr istəsə də, onun bu əməli Türkiyə Pilotlar Dərnəyi tərəfindən terrorçuluq üçün zəmin kimi qiymətləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00