Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar 2015 10:09 SiyasətYanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib.Trend-in məlumatına görə, Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.Azərbaycanın Dövlət himni səsləndi.Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00