NATO Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından narahatdır
15 Yanvar 2015 18:30 SiyasətNATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasından narahatlığını ifadə edib. APA-nın "armenpress.am"a istinadən verdiyi məlumata görə, bu gün İrəvanda səfərdə olan C. Appaturay Ermənistanın müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşlər zamanı C. Appaturay NATO və Ermənistan arasında əməkdaşlıq məsələlərini, habelə bölgədəki vəziyyəti müzakirə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00