Fikrət Yusifov: “Prezidentin qərarı doğru addımdır”

Prezident İlham Əliyevin Tarif Şurasının qərarının ləğvi ilə bağlı qəbul etdiyi qərar çox doğru bir addımdır. Belə bir açıqlama ilə çıxış edən "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov "OLAYLAR"-a bildirib ki, əslində bu çox cüzi bir qiymət artımı idi: "Belə qiymət artımının gəlirləri 20 milyard manata çatan bir büdcəyə gətirə biləcəyi 60 milyon manat həmin büdcənin gəlirlərinin haradasa 0,3 faizinə bərabər bir məbləğdir. Ona görə burada söhbət büdcənin gəlirlərinin artırılmasından gedə bilməz". İqtisadçı hesab edir ki, Tarif Şurası öz qərarını yol vergisinin ləğvi ilə əlaqələndirsə də, burada bir məqamı diqqətdən qaçırmışdı: "Bu da atılan addımın psixoloji tərəfləri ilə bağlı idi. Bu qərar büdcəyə elə bir xeyir verməsə də, onun yaratdığı psixoloji durum başqa qiymətlərə təsir edə bilərdi. Elə məsələnin bu tərəfini də nəzərə alan Prezident İlham Əliyev Tarif Şurasının qərarının ləğv edilməsinə göstəriş verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00