İlham Əliyev: Xalq iradəsi, xalq səsi və xalq seçimi
14 Yanvar 2015 17:29 SiyasətAzərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarı ləğv edilib. "Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib"-deyə Tarif Şurasından bildirilib. Yeni qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.
Haqqın nümayəndəsi olmaq
Xalqın səsi - xalqın iradəsidir. Xalqın hansısa bir mövzuya fikir bildirməsi,bu barədə iradəsini ortaya qoyması haqqdır. Tarif Şurasının qiymət artımından sonra Prezident İlham Əliyevin məhz xalqın səsiylə hesablaşması, onu nəzərə alması, onun bir daha xalqının səsi, lideri olduğunu göstərdi. Xalqın səsi, haqqın nümayəndəsi olmaq hər liderə nəsib olmur. Amma o, verdiyi qərarla xalqın seçiminin düzgünlüyünü sübut etdi. O, həqiqətən xalqı onun iradəsilə idarə edir. O, həm də xalqdır. Ədalətli olmaq üçün ilk növbədə xalqı sevmək lazımdır. Vətən isə bir xalqın evidir. Bir ev bir ailəni qucaqlayır, onu istidən-soyuqdan, yaxşı və pisdən qoruyur. Biz bir evik, Azərbaycan bizim evimizdir, prezidentimiz isə ailəmizin başçısı. O, xalqın daha yaxşı yaşaması üçün əvvəlcə sevir, daha sonra çalışır. Sevərək çalışan bacarır, sevərək idarə edən qalibdir. Prezidentimiz Ulu öndər Heydər Əliyevin "Gərək nəbzin, Vətənin nəbzi ilə vursun" kəlamına sadiqliyini nümayiş etdirdi. Bu günə qədər də edib və bu belə davam edəcək. Çünki ədalətli idarəçiliyin əsas şərti sevgidir. Beləsi müvvəfəqiyyətə həmişə yaxındır. Sevərək və xalqın iradəsinin istəkləri yönündə çalışmaq qalibiyyətin açarıdır. Əgər prezidentin bu gün verdiyi qərarları xalq ayaqüstdə alqışlayırsa, bu sevgidir, qalibiyyətdir. Həm də ədalətdir. İlham Əliyev ədalətlidir. Ədalətin olmadığı yerdə zülm hökm edir. İlham Əliyev isə ədalət prinsiplərini yerinə yetirən, hakimiyyətini ədalət sərhədləri daxilinə sövq edən liderdir. Bu mənada prezidentimizin xalq xarakteri onu yersiz qınayanların qarşısında keçilməz sədd çəkir. Əslində onlar da başa düşürlər ki, Azərbaycan onun seçilmiş səsi - İlham Əliyevi ilə daha güclüdür. Xalq dinclik və rifah içində yaşayırsa, şikayəti ancaq müxalifət edirsə, orada ədalət var demək ki. Orada İlham Əliyevin hakimiyyəti bərqərardır.
Ömər Zamin