Avropa ölkələri Dağlıq Qarabağ münqaşisənin həllinə ciddi diqqət yetirməlidir

"Aydın görünür ki, Ermənistan sülh əldə olunmasını istəmir". "OLAYLAR"-ın xəbərinə görə, bu barədə yap.org.az saytına məlumat verən millət vəkili Fuad Muradov bildirib ki, rəsmi Yerevan danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir: "Odur ki, Azərbaycanın haqlı olaraq səsləndirdiyi "status-kvo" dəyişdirilməsi barədə çağırışlarını qəbul etmir. Çox təəssüf ki, beynəlxaq vasitəçilərin də bu məsələdə ikili yanaşması problemin sülh yolu ilə həllinə əngəl yaradan  amilə çevrilib. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Fikrimcə, Avropa ölkələri Dağlıq Qarabağ münqaşisənin həllinə ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir imkanları böyükdür.  Bütün bunlara baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsinə ümidini itirməyib. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00