“Tarif Şurasının qərarının ləğv edilməsini gözləyirdim”
14 Yanvar 2015 16:30 SiyasətPrezident İlham Əliyevin ğöstərişi əsasında yanacağın qiymətinin aşağı salınması və Tarif Şurasının qiymət artımı ilə bağlı qərarının ləğv edilməsini gözləyirdim. Düşünürdüm ki, Cənab Prezident bununla razılaşmayacaq". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov çıxış edib. Bildirib ki, bu ölkə iqtisadiyyatının digər sahələrində də süni qiymət artımına şərait yarada bilərdi: "Prezident İlham Əliyev bu addımı ilə bir daha onu sübut etdi ki, vətəndaşların mənafeyi və güzəranının yaxşı olması, insanların dövlət qurumlarının qəbul etdiyi qərarlardan razı qalması onun üçün əsas hədəflərdən biridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00