Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
14 Yanvar 2015 12:25 SiyasətAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək. Bu barədə çərşənbə günü Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən deyiblər. Yanvarın 14-15-də Zalber Bakıya səfərində ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlərdə Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişafı müzakirə olunacaq. Səfər proqramına Azərbaycan XİN, MTN-də görüşlər də daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00