Girovlara azadlıq tələb olunacaq
13 Yanvar 2015 16:57 SiyasətYanvarın 14-də "Girovlarımıza azadlıq, ikili standartlara son" adlı konfrans keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Dünya Azərbaycanlıları Konqresi, Beynəlxalq Diaspora Mərkəzi və Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq konfransda ermənilərin həmyerlimiz Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduqları qondarma məhkəmə prosesindən danışılacaq. Çıxışlarda bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlardan yanaşdığı da pislənəcək, dünya birliyinə işğalçı Ermənistanı cəzalandırmaq istiqamətində çağırışlar ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00