Ermənistan sülh istəmir
İlham Əliyev: “Ermənistan danışıqlar prosesində imitasiya taktikasını seçib”
13 Yanvar 2015 15:13 SiyasətArtıq 27 ildir ki, Ermənistan müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin həlli prosesini uzatmaqda davam edir. Danışıqlar prosesinin, atəşkəs rejiminin pozulması, işğalçı dövlətin rəsmi şəxsləri tərəfindən təxribat xarakterli bəyanatların verilməsi, beynəlxalq təşkilatlarının aldadılması cəhdlri kimi addımların hamısı məhz mövcud kvota-statusun saxlanmasına hesablanıb. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan tərəfinin bu mövqeyi münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılmış Minsk qrupunun həmsədr Bu isə o deməkdir ki, vasitəçilər təmsil etdikləri dövlətin maraqlarından çıxış etdiklərindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində hər hansı real addım atacağları gözlənilən deyil. Ermənistandan fərli olaraq Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli istiqamətində bütün səylərini səfərbər edib. Sözügedən məsələnin ədalətli həlli istiqamətində bütün təklifləri, çağırışları və hətta beynəlxalq təşkilatların tövsiyyələrini belə müzakirə etməyə hazır olduğunu bəyan edib. Çox təəssüf ki, Ermənistanın çığallığı, daha dəqiq desək, ərköyünlüyü nəticəsində Azərbaycan tərəfinin cəhdləri nəticəsiz qalıb. Məlumat üçün qeyd edək ki, Ermənistanın uzun illərdən bəri sərgilədiyi qeyri-konstruktiv mövqe Azərbaycan tərəfininin "səbr kasasını daşdırıb". Lakin siyasi hakimiyyət hələ də münaqşənin sülh variantının tükənmdiyini əsas gətirərək diplomatik danışıqlara üstünlük verir. Prezident İlham Əliyev Nazirlər Kabinetin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində münaqişə tərəflərinin atdığı adımların müqayisəli təhlilini aparıb. Dövlət başçısı bəyan edib ki, münaqişnin ədalətli həlli ilə əlaqədar Azərbaycanın bütün cəhdlərinə baxmayaraq Ermənistan tərəfi işğalçı mövqeyindən əl çəkmək niyyətində deyil: "Ermənistan danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmasın". Etiraf edək ki, ötən müddət ərzində Ermənistanın dəyişməz mövqeyi ondan ibarət olub ki, Dağlıq Qarabağ münaqişəsinin həllində maksimum vaxt əldə etsin. Buna nail olmaq üçün gah danışıqlar prosesini pozmağa, gah əsassız iddialarla şıxış etməyə üstünlük verib. Məqsədinə nail olmaq üçün hətta beynəlxalq təşkilatlar tərəfindən cəbhə bölgəsində monitorinq aparılan zaman atəşkəs rejimini pozmaqdan belə şəkinəyib. Dünya ictimaiyyəti tərəfindən ifşa olunmuş siyasətin qəbul edilmədiyini görən Ermənistan artıq "təxribat siyasətini" işə salıb. Belə ki, son illər ərzində Ermənistan tərəfi cəbhə xəttində törətdiyi təxribat xarakterli hərəkətlərini Azərbaycanın "ayağına yazmağa" cəhd edir. Bütün baş verənləri nəzərə alan prezident İlham Əliyev bəyan edib ki, vəziyyətin bu cür davam etməsi qəbuledilməzdir: "Əgər status-kvo qəbul edilməzdirsə, onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Bəyanat verilir, onun arxasında iş görülmür. Bu da riyakarlığın bir növüdür". Əslində dövlət başçısının bu açıqlaması həm də birbaşa problemin həllinə cavabdeh olan beynəlxalq təşkilatlara bir mesajdır. Prezident açıq şəkildə bəyan edib ki, problemin həll olunmamasında maraqlı qüvvələr mövcuddur: "Bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər". Dövlət başçısı onu da bildirib ki, Ermənistanın cəbhə xəttində həyata keçirdiyi təxribat xarakterli addımları heç bir nəticə verməyəcək: "Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atdı. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal,diktatura rejimi məsuliyyət daşıyır. Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə bu, formal bir məna daşıyır. Bizim ordumuz düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtdaAzərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilər. 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycançox böyük işlər görmüşdür. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar". Prezident İlham Əliyev ermənilərin cəbhə bölgəsində əl atdıqları təxribatlara dəstək verən beynəlxalq təşkilatları da məsələnin mahiyyətinə varmağı tövsiyyə edib: "Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləribu sualları verməlidirlər". Nəhayət, dövlət başçısı əminliklə bildirib ki, Azərbaycan ordusu istənilən vaxt itirilmiş torpaqların geri qaytarılmağa qadirdir: " Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir".
Alim