KXCP Parlament seçkilərinə hazırlaşır
13 Yanvar 2015 15:05 SiyasətKXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, bələdiyyə seçkiləri ilə bağlı edilən şikayətlərin nəticələri ilə bağlı məlumatlar dinlənilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı KXCP Təşkilat şöbəsinin məlumatı müzakirə edilib. Partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılıb. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib. 20 yanvar - Ümumxalq hüzn günü ilə bağlı fikir mübadiləsi aparılıb və KXCP üzvlərinin yanvar 20-də saat 12.00-da Şəhidlər Xiyabanını ziyarət etmələri qərarlaşdırılıb. ("OLAYLAR" İA)