“Qarabağ münaqişəsini yalnız böyük müharibə həll edə bilər”

Aleksandr Kramçikin: “Bu, gözlənilən idi”

"Cəbhə xəttindəki gərginlik gec, ya tez müharibə ilə nəticələnəcək". Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni mətbuatına açıqlama verən rusiyalı politoloq Aleksandr Kramçikin belə bir iddia ilə çıxış edib. O, bölgədə təzyiqlərin getdikcə yüksəldiyini deyib. "Böyük müharibə baş vermədən Dağlıq Qarabağ münaqişəsi həll edilməyəcək. Burada qeyri-adi heç nə yoxdur. Münaqişə olan yerdə həmişə müharibə olur. Təzyiqlərin artacağı gözlənilən idi" - deyə Kramçikin bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00