“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan "Strateji təhlil" jurnalının 4-cü sayı işıq üzü görüb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, jurnalda yerli və xarici ölkə ekspertlərinin müvafiq mövzularda məqalələri dərc edilib. Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir. "Strateji təhlil" jurnalının 4(11)-cü sayının "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" adlı birinci bölməsində beynəlxalq rəqabətdə maraqları toqquşan iki böyük dövlətin - Rusiya ilə İngiltərənin geosiyasi planlarında "erməni məsələsi"nin yeri və onun tarixi kökləri, ermənilərin Azərbaycan ərazisinə köçürülməsi, "erməni dövləti"nin yaradılması planı və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin pərdə arxası ətraflı şəkildə təhlil edilib, Həmçinin jurnalda İngiltərənin gizli planlarında Naxçıvanın yeri, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu ərazilərdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılması, bu "respublikanın" beynəlxalq hüquq nöqteyi-nəzərdən tanınmasının mümkünsüzlüyü qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00