Ermənistan “transfert iynəsinə oturmuş” narkoman simasında

"Avropa dövlətlərinə, xüsusən də Fransaya qurbağa ixracı hesabına ağır büdcə problemlərini həll etməyə məhkum olan cırtdan Ermənistan iqtisadiyyatı üçün transfert asılılığının güclənməsi qorxulu kabus təsiri bağışlamaqdadır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyası Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi Elman Nəsirov bildirib ki, sözügedən məsələ ilə bağlı Ermənistan mətbuatı, xüsusilə də "168 jam" qəzeti xeyli vaxtdır  həyəcan təbili çalmaqdadır: "Erməni ekspertlərinin mövqeyinə görə, Ermənistan iqtisadiyyatı transfertlərdən son dərəcə asılı olan dövlətlərin onluğunda 9-cu yerdədir. 2013-cü ildə Ermənistanın ÜDM-də özəl transfertlərin həcmi 21 faiz təşkil edib. Yəni ölkə büdcəsinin təxminən beşdə biri yalnız transfertlər hesabına təmin olunur. Bu göstərici ilə Ermənistan yalnız Lesota (24,4%), Samoa (23,8%) və Haiti (21,1%) dövlətlərini önə buraxıb. Ermənistanın ardınca gələn dövlətlər isə Qambiya (19,8%), Liberiya (18,5%) və Livandır (17%). Zənnimizcə, bu yerdə əlavə şərhə ehtiyac olmasa da belə, obyektivlik naminə daha bir tendensiyaya da toxunmağa dəyər". Politoloq deyib ki, son dövrlərdə Qərbin Rusiyaya tətbiq etdiyi maliyyə-iqtisadi sanksiyalar ikincinin forpostu olan Ermənistan iqtisadiyyatı üçün də ciddi başağrısına çevrilib:" Ölkənin pul vahidi dram kəskin şəkildə ucuzlaşıb və 600-650 dram 1 dollara bərabər olub. Bu isə öz növbəsində Ermənistana transfert axınının azalmasını labüd edib. İndi Ermənistan iqtidarının başbilən iqtisadçıları bir məsələ üzərində baş sındırırlar. Görəsən, vəziyyət belə davam edərsə, ÜDM-nın 21 faizini nəyin hesabına dolduracaqlar? Pozitiv cavab tapmaq müşkülə çevrilib. Səbəbi onlara yaxşı bəllidir: bu gün Ermənistan iqtisadiyyatı "transfert iynəsinə oturmuş" narkomanı xatırladır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00