Azərbaycana qarşı ikili standartlar açıq xarakter daşıyır
29 Dekabr 2014 16:35 Siyasət"Azərbaycana qarşı təkcə Qarabağ məsələsində deyil, digər məsələlərdə ikili standartlar artıq açıq xarakter daşıyır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova səsləndirib. O, bildirib ki, bunu təkcə bizim vətəndaşlar deyil, bütün dünya müşahidə edir: "Az dövlət var ki, ədalət, sülh və beynəlxalq hüququn prinsiplərindən çıxış edirlər. Azərbaycan məhz bu qrup ölkələrdəndir ki, dünyada yalnız haqq -ədalətə üstünlük verir və beynəlxalq hüquq prinsiplərindən çıxış edir". Bahar Muradova deyib ki, məsuliyyətsiz qərarlar, hansısa qrupların maraqları baxımından qəbul olunan qərarlar dünyanın nizamını pozur.