Prezident məşhur yazıçının oğlunu akademiyaya rektor təyin etdi
Timuçin Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib
26 Dekabr 2014 18:54 SiyasətTimuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib. Lent.az-ın məlumatına görə, prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, T.Əfəndiyev tanınmış azərbaycanlı yazıçı İlyas Əfəndiyevin oğlu, baş nazirin müavini Elçin Əfəndiyevin isə qardaşıdır. O, daha əvvəl Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00