Fransanın məşhur futbol klubundan İlham Əliyevə təbrik
26 Dekabr 2014 15:54 SiyasətFransanın "Le Racing de Lens" futbol klubunun prezidenti Jerve Martel İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: "Racing de Lens" futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik. Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00