Şarmazanov: “Qarabağ müharibəsi hələ başa çatmayıb”

"2014-cü il Ermənistan üçün asan keçmədi". Erməni mətbuatına açıqlama verən, bu ölkə parlamentinin sədr müavini Edvard Şarmazanov belə deyib. "Cəbhə xəttində yanvar və avqust aylarında baş verən silahlı insidentlər müharibənin başa çatmadığını bildirdi. Həmin hadisələrdə çoxlu itkilərimiz oldu. Münaqişənin həllində Ermənistan-Azərbaycan ikili formatı yox, Minsk Qrupu formatının qalması zərurətə çevrildi. Çünki tərəflər arasında keçirilmiş görüşlərə baxmayaraq, həllə nail olmaq mümkün görünmür" - deyə Şarmazanov bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00