BMT-də azərbaycanlıya yüksək vəzifə verildi
24 Dekabr 2014 14:40 SiyasətAzərbaycanlı diplomat Sultan Hacıyev BMT-nin İnkişaf Proqramının Kürdüstandakı Regional Ofisinin rəhbəri vəzifəsinə təyin edilib. Kürdüstandakı Regional Ofisin rəhbəri isə həm də BMT İnkişaf Proqramının İraqdakı nümayəndəsinin birinci müavinidir. Beləliklə, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlıdır. İraq hazırda BMT sistemi üçün prioritet ölkələrdən biri hesab olunduğundan, həmvətənimizin məhz bu ölkədə yüksək vəzifələyə təyin olunması xüsusilə əhəmiyyətlidir.
Qeyd edək ki, Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə Baş Müşavir vəzifəsini icra edərkən ezam olunmuşdu.
BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev bacarıqlı "böhran meneceri" kimi tanınır. O, 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqila, həmin ilin yayında ölkənin cənubundakı etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən və Cənubi Sudan kimi ölkələrdə gördüyü işlərlə tanınır.