Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan telefonla danışıblar

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzərTAc bildirir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. rezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. elefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00