“Seçkilər normal məcrada keçirildi”

Rəfail Becanov: “Hansısa ciddi qanun pozuntuları qeydə alınmayıb”

"Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ciddi qanun pozuntuları ilə bağlı İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinə  hər hansı məlumat daxil daxil olmayıb". Bunu təşkilatın sədri Rəfail Becanov bildirib. O, bilidrib ki, təşkilat üzvləri ayrı-ayrı seçki məntəqələrində olubla: "Məntəqə rəhbərlərindən aldığımız məlumata görə, hansısa ciddi qanun pozuntuları qeydə alınmayıb. Eləcə də səsvermədə iştirak edən seçicilərdən aldığımız məlumatlar da seçkinin normal məcrada keçdiyini göstərir".
Rəfail Becanov bildirib ki, təşkilat təmsilçiləri özləri də qeydiyyatda olduqları məntəqələr üzrə səsvermədə iştirak ediblər, hər hansı problemin, ciddi pozuntuların, qanunsuzluqların şahidi olmayıblar: "Seçici fəallığının digər seçkilərdən fərqlənməsi bələdiyyələrin səlahiyyəti ilə bağlı məsələdir. Bələdiyyələrin səlahiyyəti genişləndikcə, inanırıq ki, bələdiyyə seçkilərində seçici fəallığı da yüksələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00