"Caucasus International” jurnalının növbəti sayı nəşr edilib

"Caucasus International" jurnalının növbəti sayı işıq üzü görüb. "OLAYLAR"-ın Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi xəbərə görə, jurnalın bu dəfəki sayı Sülh Naminə Tərəfdaşlıq (SNT) - NATO-nun alyansa qeyri-üzv dövlətlərlə ilk və ən əhatəli əməkdaşlıq proqramının 20-ci ildönümünə həsr edilib. Jurnalda NATO-nun regiondakı rolu və proqram iştirakçılarının alyans ilə tərəfdaşlığının müxtəlif aspektlərini təhlil edən və müxtəlif yerli və xarici ekspertlər tərəfindən yazılmış 12 məqaləyə yer verilib. Jurnalın xüsusi bölümündə Akademik Ramiz Mehdiyev tərəfindən qələmə alınmış "Dağlıq Qarabağ: mərxəzlərdən oxunmuş tarix" kitabı barədə məlumat xarakterli geniş annotasiyaya yer verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00