“Müsavatçılar məni təhqir etməyə başlayıblar”
Elman Türkoğlu: “Əli Kərimlinin Müsavata qarşı etdiklərini nə tez unutdular?”
23 Dekabr 2014 12:07 Siyasət"Mənim bu günə kimi Müsavat Partiyası ilə heç bir problemim olmayıb". "OLAYLAR"ın məlumatına görə, belə bir iddia ilə KXCP funksioneri, Milli bayraqdar Elman Türkoğlu çıxış edib. E.Türkoğlu son vaxtlar yurdçular kimi bəzi Müsavat üzvlərinin də onu təhqir etdiklərini iddia edib. O, müsavatçıların özünə qarşı qərəzinin anlaşılmaz olduğunu bildirib: "Maraqlıdır ki, bu insanlar vətənə xəyanət etmiş Əli Kərimlinin nəyini müdafiə edirlər. Həmin Əli Kərimli Elçibəydən tutmuş İsa Qəmbər başda olmaqla bütün müsavatçıları sosial şəbəkələrdə təhqir edib. Müsavatçılar AXCP sədrinin onların partiyalarına qarşı etdiklərini nə tez unutdular? İndi müsavatçıların Azərbaycanın düşmənlərinə qarşı rəğbət bəsləyən AXCP Ali Məclisinin üzvü Elçin Həsənovu da müdafiə etmələri təəccüblüdür. Başa düşə bilmirəm, bu müsavatçılar mənə nə veriblər ki, ala bilmirlər?! Əli Kərimlinin xəyanətlərini görməmək mümkün deyil. Hərdən kimi müdafiə etdiyinzə də baxın".