Gələn ilin yaşayış minimumu təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib. "Olaylar"ın məlumatına görə, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib. Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00