Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər

Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu. AzərTAc  bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.Prezident İlham Əliyev səs verdi.Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00