Azərbaycanlı və rusiyalı parlamentarilər əməkdaşlığı müzakirə edəcəklər
22 Dekabr 2014 12:08 SiyasətÇərşənbə axşamı Bakıda Rusiya Federal Məclisi Federasiya Şurası və Azərbaycan Milli Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 12-ci iclası keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə ölkənin Rusiyadakı səfirliyindən bildiriblər. Rusiyalı deputatlardan ibarət nümayəndə heyətinə Federasiya Şurası sədrinin müavini, komissiyanın həmsədri İlyas Umuxanov rəhbərlik edəcək. Azərbaycan tərəfdən komissiyanın həmsədri parlamentin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya üzrə daimi komitənin sədri Valeh Ələsgərovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00