Bosniya Azərbaycan üçün viza rejimini ləğv edib
19 Dekabr 2014 18:24 SiyasətBosniya və Herseqovinanın Nazirlər Şurası Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Trend-in "Turkishweekly" jurnalına istinadən verdiyi məlumata görə, Bosniya, həmçinin BƏƏ, Oman, Bəhreyn, Baham adaları, Barbados və digər dövlətlərlə də viza rejimini ləğv edir. Qərar yekdilliklə qəbul edilib. Hazırda ümumilikdə 72 ölkənin vətəndaşı Bosniyaya vizasız səfər edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00