Səfir Con Heffern: Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır

Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistanda missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Con Heffern Yerevanda son mətbuat konfransında bildirib. O, qeyd edib: "Biz Azərbaycanla bir sıra sahələrdə, həmçinin Əfqanıstanda sıx çalışırıq. Azərbaycan enerji sektorunda - təbii qazın və neftin Cənubi Avropaya tədarükündə əməkdaşlıq baxımından çox vacib ölkədir". C.Heffern davam edərək bildirib ki, Azərbaycan İranla münasibətlərin qurulması baxımından da əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00