Həmsədrlər Dağlıq Qarabağa Azərbaycan ərazisindən yollanmalıdırlar

"Dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən Dağlıq Qarabağa Ermənistan ərazisindən keçməklə səfər edirlər. ATƏT-in Minsk qrupu həmsədrlərinin davranışında dəfələrlə bunun şahidi olmuşuq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elman Nəsirli səsləndirib. Bildirib ki, bu yanaşma özündə qeyri-obyektiv mövqeni əks etdirir: "Əslində onların bu əraziyə keçidləri Azərbaycan ərazisindən reallaşdırılmalıdır. Çünki, bu o məna kəsb edir ki, gedilən ərazi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin nəticəsiz fəaliyyətində bu tendensiya geniş yayılıb. Həmsədrlər doğrudan da obyektiv, qərəzsiz, neytral mövqedə dayandıqlarını göstərmək istəyirlərsə, belə vəziyyətdə Dağlıq Qarabağa Azərbaycan ərazisindən yollanmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00