Qubad İbadoğlu cəbhəçiləri “tərbiyəsiz” adlandırdı
“Yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil...”
19 Dekabr 2014 14:03 Siyasət"Rauf Arifoğluya qarşı sosial şəbəkələrdə yerləşdirilmiş iyrənc kollaj mənəvi-əxlaqı dəyərlərimizin hansı səviyyədə aşınmasının göstəricisidir". "Olaylar"-ın məlumatına görə, belə bir fikirlə Müsavat Partiyasına başqanlığa keçmiş namizəd, iqtisadçı-ekspert Qubad İbadoğlu çıxış edib. "Bu vasitələrdən istifadə edərək oponentini gözdən salmağa hətta cəhd etmək belə tərbiyəsizlikdir. Odur ki, yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil, ona rəvac verən, onu sifariş edənləri ciddi şəkildə qınayıram və onlara müraciət edərək belə çirkin vasitələrlə mübarizə aparmağı dayandırmağa çağırıram" - deyə Q.İbadoğlu bildirib. Qeyd edək ki, uzun müddətdir "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP arasında gərginlik yaşanır.