Peru Azərbaycana səfir təyin edib
19 Dekabr 2014 12:02 SiyasətPerunun Türkiyədəki səfiri Corc Enrike Abarka del Kaprio eyni zamanda Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilib. Trend xəbər verir ki, bu barədə Peru mətbuatı məlumat yayıb. Səfirin iqamətgahı Ankarada yerləşir. Akreditasiya və səlahiyyətlər "Diplomatik xidmət haqqında" qanuna uyğun verilib və Perunun Nazirlər Şurasında səsvermə ilə təsdiqlənib. Qərarı ölkə Prezidenti və XİN rəhbəri imzalayıb. Azərbaycanı Peruda səfir İlqar Muxtarov təmsil edir. Onun iqamətgahı Meksikada yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00