“ABŞ Qarabağ müharibəsinin qarşısını almaq üçün bütün resurslarını işə salıb”

Razi Nurullayev: “Qarşıdurmanın başlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir”

"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev ABŞ-ın "Global Conflict Tracker" Təşkilatının Qarabağ müharibəsi barədə proqnozunu şərh edib. O, qurumun proqnozunun yalnış olduğunu iddia edir: "2015-ci ildə Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək və Azərbaycan hakimiyyəti müharibənin başlamasında maraqlı ola bilməz. Ermənistan isə, zatən müharibədə maraqlı deyil və status-kvonun saxlanması üçün dəridən-qabıqdan çıxır. Növbəti 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası və Kuboku keçiriləcək. 2017-ci ildə İslam Ölkələrinin Həmrəylik oyunu və s. Digər tərəfdən, indiki müharibələrin taleyini əvvəldən müəyyən etmək mümkün deyil. Rusiya faktorunu unutmaq olmaz. Bu ölkə Dağlıq Qarabağda müharibənin başlanmasına və Azərbaycanın da uduzmasına onda çalışa bilər ki, Azərbaycan Rusiya maraqlarını nəzərə almaqdan tamam imtina etsin. Azərbaycan hakimiyyəti bunu etməz". Razi Nurullayev hesab edir ki, Türkiyə də müharibənin başlanmasında maraqlı deyil. O, belə bir halda Türkiyənin Azərbaycanı müdafiə edə bilməyəcəyini deyib: "ABŞ və Avropa Birliyi müharibənin olmaması üçün bütün resurslarını işə salırlar. Müharibənin başlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir. Müharibə olarsa, bu layihələr də yoxdur. Əslində, bu Azərbaycana daha çox lazımdır. Çünki, Azərbaycan Avropa Birliyinin enerji təhülkəsizliyinin təminatında cüzi rol alır və alacaq. Azərbaycanın Avropa Birliyinə satdığı enerji məhsulları sonuncunun illik dövriyyəsinin 0.5 %-dən də xeyli azdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00