Rusiya Dağlıq Qarabağ məsələsində öz sözünü deməlidir

"Rusiya Dağlıq Qarabağ məsələsində öz sözünü deməlidir". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, son zamanlar Azərbaycanla Rusiya arasında əlaqələr mücbət məcrada inkişaf edir: "Bu yaxşı haldır. Ancaq 2014-cü il başa çatır, təəssüflər olsun ki, Qarabağ məsələsində irəliləyiş yoxdur. Rusiya ATƏT-in Minsk qrupunda həmsədr ölkələrindən biridir. Mən hesab edirəm ki, əgər Azərbaycan Rusiyaya bu qədər güzəştə gedirsə, Rusiyada Azərbaycana güzəştə getməlidir. Xüsusən Dağlıq Qarabağ məsələsində öz sözünü deməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00