“Cəbhəçilərin əqidə anlayışı”

Müsavat və AXCP arasında söz davası qızışır. Cəbhəçilər Müsavatı meydana az adam çıxarmasına görə lağ obyektinə çeviriblər. Əli Kərimli tərəfdarlarını qızışdıraraq, AXCP-ni "ana müxalifət", "müxalifətdə tək güc"  kimi təqdim etməyə çalışır. Gülağa Aslanlı isə bütün cəbhəçiləri agent olmaqda ittiham edib. Uzun illər bir yerdə mübarizə apardıqlarını iddia edən qüvvələrin toz kimi dağılması və biri-birini təhqir etmələri siyasi mədəniyyət deyil. Bu bir kənara, birinin digərinə qarşı tənqidini həzm xüsusiyyəti yoxdur. Ən adi fikir səsləndirmək etikasından da uzaqdırlar. İmkan düşən kimi bir-birini söyürlər. Bu nötqeyi-nəzərdən radikal müxalifət daxilində tamamilə anarxiyadır. İsa Qəmbərin gedişindən sonra Əli Kərimli müxalifətin ipini əlinə almağa çalışır. Bu məqsədlə ən pis günlərini yaşayan Müsavata qarşı hücuma keçib. Absurd ittihamlarla vurur və söydürür. Ümumiyyətlə, bunlar heç nəyi uda bilmirlər. Nə Azərbaycan adına qazanılan uğurları, nə də nə də cəbhə yoldaşlarının iqtidarla dialoqunu. Məsələn, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müxalifət partiya liderləri ilə görüşü də AXCP-ni qıcıqlandırdı. F.Qəhrəmanlı həmin görüşə qatılan partiya sədrlərini "kolxoz" adlandırıb. Heç vaxt Azərbaycanın sabitliyi və milli maraqları yönündə müxalifət və hakimiyyətlə həmrəylik nümayiş etdirməyən AXCP və funksionerindən belə bir fikir gözlənilən idi. Vaxtilə Azərbaycan Parlamentini bazara çevirənlərin özlərini saf kimi aparmaları gülüş doğurur. Çünki cəbhəçilərin düşüncəsi xəstədir. Mirmahmud Mirəlioğlu bunu "Allah onlara kömək olsun, hidayət eləsin, şəfa versin!" sözlərilə yaxşı ifadə etdi. Əlbəttə ki, Əli Kərimli və cəbhəçiləri Mirmahmud bəy daha yaxşı tanıyır. Nəticədə çox gözəl də təqdim edir. Məsələn, cəbhəçilərin şizofrenik olmasınının başqa sübutu Kəmalə Bənəniyarlının "Siz istəməsəniz də Əli Kərimli zirvədədir" sözləridir. Sual verilə bilər, hansı zirvədən danışırsınız, Kəmalə xanım? Vaxtilə Elçibəyə xəyanət edib, AXCP-də tutduğu zirvəni deyirsiz? Bundan başqa "zirvə" yoxdu axı. Daha sonra K.Bənəniyarlı qeyd edir ki, "biz Əli Kərimlidən bu mübarizədə 1 qəpik də almırıq". Niyə almırsız ki, Kəmalə xanım? Bəyəm, Əli Kərimlinin pulu yoxdur? Xarici ölkə səfirliklərindən zərflərdə Ə.Kərimliyə salfet göndərilir? Bax, Əli Kərimli bu asan tapdalamaq xassəsinə görə, sizi pulsuz çalışdırır. İndi də yapışdığı yerdən qopmur. Heç buna cəhd də etmir. Yaxşı, sizin Əli Kərimli zirvədədisə, Natiq Ədilov axşama kimi xarici ölkələrin Gürcüstandakı səfirliklərində niyə veyllənir? Çünki, siz "zirvə"-də dayanan Əli Kərimlinizin "təxribat quyusu"-na düşən kimi nicat yolunu səfirliklərdə axtarırsız. Siz də buna görə Gürcüstandasız, Kəmalə xanım. Bütün səfirlər sizin əlinizdən qan ağlayır. Siz isə, çalışın, həmin o "zirvə"-dən uzaq olun. Çünki o zirvə qardan əmələ gəlib, isti olan kimi tez əriyir. Nəticədə tez enirsiz. Yox, buna "əqidə" adı verirsizsə, əmin olun ki, Əli Kərimli tərəfdarı olmaq əqidə deyil. Əqidəsizlikdir. Ölkəsinə xəyanət edən mənim üçün əqidə ola bilməz.


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00