Avropa İttifaqından Dağlıq Qarabağla bağlı yeni təklif
17 Dekabr 2014 11:29 Siyasət"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud formatı dəstəkləyir". Ermənistan mətbuatına açıqlama verən Avropa İttifaqının bu ölkədəki ofisinin başçısı Trayn Xristi belə deyib. O, qurumun məsələnin sülh yolu ilə həllini dəstəklədiyini də qeyd edib. "Münaqişənin həllində təkcə Ermənistan və Azərbaycan nümayəndələri yox, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması da iştirak etməlidir. Bununla bağlı yeni layihə hazırlanmalıdır" - deyə Xristi vurğulayıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00