“Rusiya Azərbaycanı seçməliydi, Ermənistanı yox”

Erkin Qədirli: “Onunla xarici ticarətdə durmadan artan itkilərə əhəmiyyət vermir”

"Rusiya Azərbaycanla ticarətdə ildə təxminən 2 milyard dollar qazanır, Ermənistanla ticarətdəysə təxminən 800 milyon dollar itirir". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli çıxış edib. "Yəni, iqtisadi baxımdan, ki, bu yanaşma ən ağıllı hesablamalara arxalanır, Rusiyanın bu bölgədə ən əlverişli tərəfdaşı, bəlkə də hətta müttəfiqi, Azərbaycan olmalıydı. Amma, Rusiyanın bölgəmizdə müttəfiqi biz deyil, Ermənistandır. Deməli, Ermənistan Rusiya üçün bütün iqtisadi mülahizələrdən üstün olan məqsədlərə görə bu dərəcədə vacibdir ki, onunla xarici ticarətdə durmadan artan itkilərə əhəmiyyət vermir. Anlayın nəhayət, Rusiyanın xoşuna gəlmək nədir, ona heç maddi xeyir verməklə də güvənilir münasibət qurmaq olmur" - deyə E.Qədirli qeyd edib. O, Rusiyanın bölgədəki seçiminin Ermənistan olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00