Azərbaycan və Fransa məxfi məlumatları qarşılıqlı qoruyacaq

Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair" sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair" saziş 2014-cü il mayın 6-da Bakı şəhərində imzalanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00