“Bələdiyyə seçkiləri demokratik inkişafın mühüm göstəricisi olacaq”
16 Dekabr 2014 13:00 Siyasət"Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir. Ölkəmiz dünya dövlətləri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki regionda, həmçinin, Avropa miqyasında güclü inkişaf edən bir dövlətdir: "Eyni zamanda, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yer tutmaqdadır. Bu mənada yerli demokratiyanın inkişafında bələdiyyələr vacib rol oynayır. Fikrimcə, növbəti bələdiyyə seçkiləri də demokratik inkişafın mühüm göstəricisi olacaq".